Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisinə daxil olan Şotlanlı kəndi rayon mərkəzindən 27 km şimal- qərbdə yerləşir. Şotlanlı kəndi Nəmirli, Güllücə, Tağıbəyli, Papravənd, Boyəhmədli, Salahlı Kəngərli, Baş Qərvənd, Ayaq Qərvənd və s. kəndlərinin ərazisi ilə əhatələnmişdir.Nəmirli kəndində 3000 nəfərin (750 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 197.4 hektardır.İşğaldan azad edilmiş Şotlanlı kəndində yeni müasir tipli yaşayış məntəqəsi salınacaq və planlaşdırılan yaşayış evləri və sosial obyektlərin memarlıq-planlaşdırma və mühəndis-texnoloji həllərində “ağıllı kənd” yanaşmaları tətbiq ediləcəkdir. Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 51.36 ha torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1045 nəfərin köçürülməsi üçün 205 fərdi ev inşa ediləcək və Şotlanlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1800 nəfərin işlə təmin olunması nəzərdə tutulur.