Ağdam rayonunun Kəngərli kəndi Ağdam şəhərindən 5 km şimal-şərqdə, Uzundərənin sağ sahilində yerləşir.

Kəngərli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu 20 noyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir.

Ağdam şəhərindən 6 km məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 177,2 hektardır. 

Layihəyə əsasən ərazidə mövcud, istifadəyə yararsız tikililər söküləcək, həmçinin ərazinin mərkəzi hissəsindən keçən qurumuş arxın istiqaməti dəyişdirilərək yerində müasir “ağıllı kənd” salınacaq. Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 ha torpaq sahəsi ayrılıb.          

Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa ediləcək və Kəngərli kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Tikinti işlərinə başlanıb : 10.10.2022

Tikintinin bitməsi planlaşdırılır: 10.04.2024

digər layihələr