Dövlət
səviyyəsində bütün həyət, təsərrüfat və xidməti sahələrinin bərpası üzrə
uzunmüddətli strateji xətt və planlaşdırılma işləri çərçivəsində rayonun
inzibati mərkəzi olan Laçın şəhəri də daxildir. Təqdim olunan konseptual layihə
şəhərin baş plan həllinə əsasən cənub-qərb hissəsində yerləşən və 16.3 ha sahəni
əhatə edən məhəllənin yeni simasını nümayiş etdirir.
Ərazidə
müasir tipli yaşayış məhəlləsi və şəhər sakinlərinə xidmət göstərən idman kompleksinin
yerləşdirilməsi nəzərdə tutulub. Konsepsiyada binaların
memarlıq kompozisiya həlli, hündürlüyü, yerləşməsi, ərazinin relyefi, demoqrafik
tələblərini, sosial, məişət və sanitar xüsusiyyətlərini nəzərə alaraq
hazırlanıb.
Məhəllədən
nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, sosial və ictimai obyektlərin inşası ilə birgə yaradılan infrastrukturun gələcəkdə
məskunlaşacaq əhalini dayanıqlı ətraf mühitilə təmin etməsi nəzərdə tutulur.
Layihələndirilən
ərazi 16.3 ha
Əhalinin
sayı 1 630 nəfər