Muradxanlı
kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqələri keçmişdə yayı Zəngəzur qəzasında,
qışı isə Qarabağda keçirmiş təklə tayfasının muradxanlı tirəsinə mənsub ailələrin
oturaqlaşaraq məskunlaşması nəticəsində yaranmış və həmin tirənin adı ilə
adlandırılmışdır.
Rayon ərazisindən
iki böyük dağ çayları olan Həkəri ilə Bərgüşad keçir. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən
götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Bərgüşad çayının
mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad gücünü dağ bulaqlarından süzülüb
gələn Dəli çay, Şəki çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı və Ağa çaylarından
alır. Bərgüşad çayı da Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun
Qaralar kəndinin yaxınlığında birləşir. Rayonun bir hissəsi aran olsa da, əsas
hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür.
Layihələndirilən ərazi 125.83 ha
Əhalinin
sayı 2 094 nəfər