Qiyaslı kəndi Ağdam şəhərinin şimal-qərbində, dəniz səviyyəsindən 400-450 m hündürlükdə yerləşir. Kənddən Ağdam şəhərinin mərkəzinə olan məsafə 3 km-dir.
Qiyaslı kəndində 6065 nəfərin (1516 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 398.9 hektardır.
Qiyaslı kənd layihələndirməsi çərçivəsində regionun davamlı və texnoloji cəhətdən inkişafını təmin etmək üçün “ağıllı kənd” texnologiyalarının tətbiqi nəzərdə tutulur. Günəş enerjisi, tullantıların idarə edilməsi, “ağıllı su təchizatı” kimi innovasiyalarla müxtəlif həyat aspektlərini əhatə edir.
Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 114.4 ha torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1820 nəfərin köçürülməsi üçün 455 fərdi ev inşa ediləcək və Qiyaslı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq.