Ağdam rayonunun Xıdırlı kəndi şərqdən Tərtərçay sağ su kanalı, cənubdan Ağdam şəhəri və Ağdam dağüstü park, qərbdən isə Respublika əhəmiyyətli yol ilə əhatə olunub. 

Xıdırlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu 20 noyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir.

Ağdam şəhərinin mərkəzindən 3 km məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması üçün layihələndirilən ümumi ərazi 418 hektardır.

Layihəyə əsasən ərazidə mövcud istifadəyə yararsız tikililər sökülərək yerində müasir “ağıllı kənd” salınması nəzərdə tutulur. Kəndin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 ha torpaq sahəsi ayrılıb.

Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev inşa ediləcək və Xıdırlı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Tikinti işlərinə başlanıb : 10.10.2022

Tikintinin bitməsi planlaşdırılır: 10.04.2024

digər layihələr